XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 03:45

Rada: “Donbasda müharibə ehtimalı çox yüksəkdir”

Yatsenyuk Qərbdən silah xahiş etdi

Ukrayna hökumətinin başçısı Arseni Yatsenyuk Avropa Birliyini onun ölkəsinə silah verməyə çağırıb.

Strateq.az Ukrayna mətbuatına əsasən xəbər verir ki, o deyib: “Dövləti müdafiə etmək üçün bizə silah verin, çünki biz sizin sərhədlərinizi qoruyuruq. Biz bu gün Avropa Birliyindəki sülhü və rahatlığı qoruyuruq”.

Baş nazirin sözlərinə görə, “Yeganə düzgün çıxış yolu sülh və sabitliyi qorumaqda hamının birgə olmasındadır”.

Bu arada “Pyotr Poroşenkonun bloku” fraksiyasının lideri Yuri Lusenko bildirib ki, “Şərqdə hərbi əməliyyatların yenidən başlanması ehtimalı 80%-dən yuxarıdır. Könüllülərin qüvvələri ən yüksək hazırlıq vəziyyətinə gətirilib”.