XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

27 Oktyabr 2018 - 19:05

Misir hökuməti səkkiz milyon nəfəri Sinay yarımadasınayerləşdirmək niyyətindədir

Misir hökuməti ölkə əhalisinin səkkiz milyon nəfərini Sinay yarımadasına yerləşdirmək niyyətindədir.

AZƏRTAC “Al Arabiya” telekanalına istinadla xəbər verir ki, Misirin baş naziri Mustafa Madbuli Sinay yarımadasının infrastrukturunun inkişafının ölkə üçün strateji əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, yarımadanın şimalı kənd təsərrüfatı, turizm, balıqçılıq və limanların istifadəsi potensialı baxımından sərmayə yatırımı üçün çox cəlbedicidir.

Baş nazir xüsusi vurğulayıb ki, Sinayın inkişafı işsizliyin səviyyəsini aşağı salacaq, həmçinin yerlı əhalini terror hücumlarından müdafiə edəcək.