XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

27 Oktyabr 2018 - 21:12

ABŞ və Cənubi Koreya müdafiə nazirlərinin görüşü olacaq- Gələn həftə

Gələn həftə Vaşinqtonda ABŞ və Cənubi Koreya müdafiə nazirlərinin illik görüşündə müttəfiqlərin hərbi əməkdaşlığına dair məsələlər, habelə birgə uçuş təlimləri, döyüş vaxtı əməliyyat idarəetməsinin ötürülməsi müzakirə olunacaq.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, 50-ci dəfə keçiriləcək görüş müttəfiqlərin Koreya yarımadasında nüvə silahının ləğvinə və davamlı sülhün təminatına dair əməkdaşlıq səyləri fonunda keçiriləcək.

Güman olunur ki, görüşdə Şimali Koreya ilə aparılan danışıqlara mane olmamaq üçün cari il nəzərdə tutulan geniş “Vigilant Ace” uçuş təliminin təxirə salınmasına dair qərar qəbul ediləcək. Ötən ilki təlimdə hər iki tərəfdən birlikdə 270 hərbi təyyarə və 12 mindən çox hərbi qulluqçu iştirak etmişdi.