XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

27 Oktyabr 2018 - 21:41

Tramp:"Atəş açan şəxsdən özünüzü qoruyun"

ABŞ prezidenti Donald Tramp şənbə günü səhər naməlum şəxsin əvvəlcə sinaqoq ziyarətçilərinə, sonra isə hadisə yerinə gələn polislərə atəş açması ilə bağlı vəziyyəti izləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Pensilvaniya ştatı, Pittsburq şəhərində baş verən hadisələri izləyirəm. Asayiş keşikçiləri hadisə yerindədirlər. “Squirrel Hill” ərazisində yaşayan insanlar evdən bayıra çıxmamalıdırlar. Görünür söhbət bir neçə nəfərin ölməsindən gedir, atəş açan şəxsdən özünüzü qoruyun”, – deyə Tramp yazıb.

ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində şənbə günü çoxlu insanın toplaşdığı sinaqoqlardan birində naməlum şəxs avtomat silahdan atəş açıb.