XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2018 - 12:07

ABŞ Avropaya rekord sayda silah-sursat göndərib –Pentaqon mümkün təhlükələrə qarşı hazırlıq görür

Pentaqon oktyabrda ABŞ Hərbi Hava Qüvvələrinin Almaniyadakı “Ramştayn” aviabazasına rekord sayda silah-sursat göndərib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın aviabazasının saytında məlumat verilib.

Qeyd olunur ki, bu, ABŞ-ın 1999-cu ildən bəri Avropaya ən böyük silah-sursat tədarüküdür. O zaman ABŞ HHQ keçmiş Yuqoslaviyaya 900-dən çox hava reydi etmişdi.

Məlumatda deyilir ki, tədarük edilən silah-sursat aqressiv oyunçuların təhdidlərinə operativ şəkildə cavab verilməsi üçün zəruridir.