XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 04:15

Səudiyyə Yəməndə milli dialoqa imkan vermədi

Camal Benömər: “Husilər BMT-nin şərtlərini qəbul edirdilər”

Yəmənə endirlən hava zərbələri milli birlik hökuməti yaratmaq prosesini pozub.

Strateq.az xarici KİVə isnadən bildirir ki, Səudiyyə Ərəbistanının hərbi müdaxiləsi Yəməndə hakimiyyətin münaqişə edən tərəflər arasında bölünməsi haqda artıq faktiki olaraq razılaşdırılmış nailiyyəti uğursuzluğa düçar edib.

BMT baş katibinin Yəmən üzrə keçmiş özəl müşaviri Camal Benömər öz veb-saytında yazıb ki, Səudiyyənin hava hücumu husilərin möveyini sərtləşdirdi, nəticədə daxili-milli dialoq axtarışları xeyli mürəkkəbləşdi: “BMT-nin vasitəçiliyi ilə yanvarda 12 siyasi və tayfa birləşmələrinin iştirakı ilə aparılan danışıqlar ölkədə milli birlik hökumətinin formalaşdırılması üzrə başlanmış prosesin önəmli tərkib hissəsi idi”.

Son səkkiz ayda ölkənin xeyli hissəsini tutmuş husilər Benömərin xatırladığı şərtlər əsasında tutduqları şəhərlərdən öz hərbi bölmələrini çıxartmağa razılaşdılar. BMT yenu hökumətin formalaşması detallarını işləyib hazırladı. Səudiyyənin başladığı hərbi kampaniya Yəməni döyüş meydanına çevirdi.

Mərakeşli diplomat Camal Benömər 2012-ci ildən Yəmən üzrə özəl müşavir vəzifəsini tuturdu. O, aprelin ortalarında istefa verib.