XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

28 Oktyabr 2018 - 14:43

Tramp Hindistana getməkdən imtina etdi –Səbəb Rusiya ilə silah ticarətidir

ABŞ Prezidenti Donald Tramp Hindistanın gələn ilin 29 yanvarında keçiriləcək Respublika Günü dövlət bayramına əsas qonaq kimi qatılmaq dəvətindən imtina edib. Bu barədə NDTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, son bir neçə həftə ərzində ABŞ rəsmiləri qışda prezidentin ölkənin vəziyyətinə dair müraciətinin baş tutacağı səbəbindən dəfələrlə D.Trampın yanvarda Hindistana getməyəcəyinə dair açıqlama veriblər.

NDTV əlavə edib ki, D.Trampın bayrama getməkdən imtina etməsi ilə bağlı informasiya Hindistanla ABŞ arasındakı geosiyasi fikir ayrılıqları fonunda ortaya çıxıb. Telekanal buna misal olaraq İran nefti və Rusiyanın “S-400” tipli zent-raket kompleksləri ilə bağlı vəziyyəti göstərib.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarına baxmayaraq, Hindistan İran neftindən imtina etmək istəmir. Üstəlik, oktyabrın əvvəlində Hindistan “S-400” raket sisteminin alınması ilə bağlı Rusiya ilə ümumi məbləği 5 milyard dollardan çox olan müqavilə imzalayıb.

ABŞ daha əvvəl Türkiyəni “S-400” raket sistemi alacağı təqdirdə bunun ağır nəticələrə səbəb olacağı ilə bağlı Ankaraya xəbərdarlıq edib.