XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2018 - 16:19

Ərdoğan:"İstanbul sammiti Suriya faciəsinin bitməsinə təkan verdi"

“Türkiyə, Rusiya, Almaniya və Fransa prezidentlərinin sammiti Suriya faciəsinin bitməsinə təkan verdi, münaqişəni hərbi yolla həll etmək olmaz”. 

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən sammitin yekunları üzrə mətbuat konfransında bildirib.

Türkiyə prezidenti deyib: “Bizim məqsədimiz atəşkəsi təmin etmək idi, həmçinin siyasi nizamlanmanı müzakirə etmək imkanımız oldu. Suriyadakı böhran beynəlxalq problem olub. Astana bizim üçün nümunə oldu, burada biz öz səylərimizi davam etdirdik və Suriya probleminin hərbi yolla həllinin olmadığı barədə fikirlərimizi təsdiqlədik”.

Ərdoğan vurğulayıb ki, hamı Suriyadakı faciəni bitirmək üçün mübarizə aparmalıdır: “Düşünürəm ki, biz bu sammitdə buna təkan verdik. Digər ölkələri bu səyləri dəstəkləməyə çağırıram”.