XƏBƏR LENTİ

10 Avqust 2020

Digər Xəbərlər

28 Oktyabr 2018 - 18:11

Ermənistanın müdafiə naziri:"ABŞ-dan silah almağa ehtiyacımız yoxdur"

Ermənistanın müdafiə naziri David Tonoyan hesab edir ki, hazırda Ermənistanın Amerika silahının alınmasına ehtiyacı yoxdur. Virtualaz.org xəbər verir ki, bu barədə o, “Ermənistan xəbərləri” portalına bəyanatında deyib.

“Biz ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonla Amerika silahının alışı barədə məsələləri müzakirə etməmişik. Silah bazarı açıqdır, lakin hazırda bizim Amerika silahına ehtiyacımız yoxdur”, – Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Xatırladaq ki, daha öncə Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Yerevanın “Amerika tərəfindən sərfəli təklif gələcəyi təqdirdə” Amerika silahının alışı məsələsini nəzərdən keçirməyə hazır olduğunu demişdi.