XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

28 Oktyabr 2018 - 21:21

Kataloniyanın müstəqilliyi üçün yeni hərəkat yaradıldı –Puçdemon tərəfdarlarına çağırış etdi

Belçikada ispan məhkəməsindən gizlənən Kataloniyanın keçmiş başçısı Karles Puçdemon muxtar bölgənin müstəqilliyi üçün yeni hərəkat yaradıb.

Hərəkat “Respublikaya Milli Çağırış”adlanır. Təşkilat Kataloniyanın Manresa şəhərində keçirilən rəsmi mərasimlə təqdim olunub. Puçdemon videoyazı ilə təxminən altı min tərəfdarına müraciət edib. Yeni hərəkatin yaradılması Katalon parlamenti tərəfindən 2017-ci il oktyabrın 27-də qəbul edilən müstəqillik bəyannaməsinin ildönümünə uyğunlaşdırılmışdı.

Öz tərəfdarlarına müraciət edərək, Pudçemon bildirib ki, hərəkat “müstəqillik və azad Kataloniya respublikası”nın yaradılmasını dəstəkləyən güclərin birləşməsi üçün alətdir.

“Biz təslim olmadıq və təslim olmayacağıq”, – Puçdemon deyib.

O əmin edib ki, hərəkat müstəqil dövlətin yaradılması üzrə öz hədəfinə çatanda avtomatik buraxılacaq. Hərəkatın təsis qurultayı 2019-cu il yanvarın 19-da olacaq.

Xatırladaq ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada müstəqillik haqqında referendum keçirilmişdi. Səsvermədə iştirak edənlərin 90 faizi muxtar qurumun İspaniyadan ayrılmasına səs vermişdilər. İspaniya hökuməti və Konstitusiya məhkəməsi səsverməni qanunsuz hesab edib.