XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 19:08

Tunisin mərkəzində güclü partlayış –Terrorçu qadın özünü partlatdı, 9 nəfər yaralanıb

Oktyabrın 29-da Tunis paytaxtının mərkəzindəki Həbib Burgib küçəsində güclü partlayış baş verib.

AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, terrorçu-kamikadze partlayıcı qurğunu Daxili İşlər Nazirliyinin yerləşdiyi binanın yaxınlığında işə salıb. Hədəf oradakı polis əməkdaşları olub.

İnsident nəticəsində 9 nəfərin xəsarət aldığı bildirilir. Polis hadisənin baş verdiyi ərazini əhatəyə alıb, təhqiqat aparılır. Şahidlərin sözlərinə görə, partlayışı qadın törədib.