XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

29 Oktyabr 2018 - 20:30

Rusiyadan Boltonun səfərinə kəskin reaksiya –XİN Yerevandakı bəyanatı “həyasızlıq” adlandırdı

Rusiya Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun Yerevana səfəri zamanı səsləndirdiyi bəyanatı “həyasızlıq” adlandırıb.

Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, Bolton Ermənistanı Moskva ilə dostluqdan imtina etməyə çağırıb və ABŞ silahını reklam edib. Nazirlik Boltonun sözlərini daha əvvəl ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin səsləndirdiyi bəyanatla müqayisə edib. Qeyd edək ki, səfir bildirmişdi ki, Vaşinqton Ermənistanda müəyyən qrupları davamlı şəkildə məqsədyönlü olaraq dəstəkləyir. O, həmçinin vətəndaş cəmiyyətlərinin və KİV-in möhkəmləndirilməsi üçün Ermənistana 26 milyon dollar təqdim ediləcəyini də bildirmişdi.

“Daxili işlərə birbaşa müdaxilədən fərqlənməyən bundan böyük həyasızlığın olmayacağı düşünülürdü. Amma bunun belə olmadığı bilindi”, — deyə Rusiya XİN-indən bildirilib.  Qeyd olunur ki, Bolton söhbətin Rusiya ilə ənənəvi dostluqdan getdiyini gizlətməyərək Ermənistanı öz beynəlxalq münasibətlərində “tarixi klişe”dən imtina etməyə çağırıb. “O, həmçinin əlavə edib ki, parlament seçkilərindən sonra Paşinyandan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində təşəbbüs xarakterli addımlar gözləyir. Təbii ki, Ermənistanın Rusiyadan almalı olduğu silah əvəzinə, ABŞ silahını da reklam etməyi də unutmayıb”, — deyə Rusiya XİN-in məlumatında bildirilib.

Qeyd edək ki, Bolton ötən həftə Yerevanda səfərdə olub. Dağlıq Qarabağ ətrafında vəziyyəti şərh edən siyasətçi bildirib ki, ABŞ silahı istənilən halda Rusiya silahından yaxşıdır. Hələlik ABŞ silahının münaqişə tərəflərindən hansısa birinə satılması barədə qərar qəbul edilməyib. Bolton, həmçinin Yerevana “tarixi klişelərdən” imtina etməyi məsləhət görüb.