XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 Oktyabr 2018 - 10:56

“Türkiyə və ABŞ-ın ortaq əməliyyat keçirmə qabiliyyətləri sinxronlaşdırılıb” –Pentaqon sözçüsü

“Menbiç rayonu ətrafındakı Türkiyə və ABŞ hərbçiləri hazırlıqları və ortaq əməliyyat təlimlərini başa çatdırıblar”.

Bunu Pentaqonun sözçüsü, mayor Sön Robertson “Anadolu” agentliyinə müsahibəsində bildirib.

O, əməliyyatların keçiriləcəyi tarix ilə bağlı məlumat verməkdən yayınaraq, tədbirlərin “bir-iki gün içində”, yaxud “bir həftədən daha az müddətdə” başlaya biləcəyini vurğulayıb.

Sön Robertson Türkiyə-ABŞ hərbçilərinin ortaq əməliyyat keçirmə qabiliyyətlərinin sinxronlaşdırıldığını deyib.

Qeyd edək ki, Suriyanın Hələb əyalətinin Münbic rayonunda terrorçu PKK qruplaşmasının “YPG/PYD” adlı qolları yerləşdirilib. Rəsmi Ankara Vaşinqtondan terrorçuların bölgədən çıxarılmasını istəyir.