XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

30 Oktyabr 2018 - 15:26

“Yeni doğulanlara avtomatik ABŞ vətəndaşlığı vermək gülüncdür” –Tramp

ABŞ Prezidenti Donald Tramp vətəndaşlıq haqqında qanuna dəyişiklik etmək niyyətindədir.

Bu barədə D.Trampın özü HBO telekanalındakı “Axios” sənədli serialı üçün verdiyi müsahibədə söyləyib.

Dəyişiklik ABŞ-da doğulan miqrant uşaqlarının artıq ABŞ vətəndaşlığı almayacağını nəzərdə tutur. ABŞ Prezidenti qeyd edib ki, hamı ona bu qərarı qəbul etmək üçün konstitusiya dəyişikliyinə ehtiyac duyulduğunu bildirib.

“Amma bilirsiniz, nədir? Buna ehtiyac yoxdur. Fərman imzalamaqla, bununla da Konqresin aktından yayınmaqla bu barədə qərar qəbul edə bilərəm”, – D.Tramp vurğulayıb.

Amerika lideri həmçinin ABŞ vətəndaşlığı olmayan şəxslərin Birləşmiş Ştatlara gəldikdən sonra uşaq sahibi olmaqla yeni doğulanlara avtomatik ABŞ vətəndaşlığı qazandırması halını gülünc adlandırıb/Report.