XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

30 Oktyabr 2018 - 19:43

İvanişvili partiyasında iki gün toplantı keçirib:"Yenilənmə ilə bağlı müzalirələr aparılır"

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasında kadr dəyişiklikləri planlaşdırılır.

Bu barədə partiyanın liderlərindən biri Mamuka Mdinaradze jurnalistlərə deyib.

O bildirib ki, Gürcüstan hökumətində dəyişikliklər nəzərdə tutulmayıb: “Bidzina İvanişvilinin iştirakı ilə partiyada dünən və bu gün məsləhətləşmələr aparılıb. Partiyaya yeni simaların gələcəyini istisna etmirik. Əlbəttə ki, partiya fəaliyyətini daha da gücləndirəcək”.

M.Mdinaradze vurğulayıb ki, Gürcü Arzusu Partiyası üçün əsas çağırış vətəndaşlarla koordinasiyanın sürətləndirilməsi və yaxşılaşdırılmasıdır: “Partiyada yenilənmə və yeni üzvlərin gəlməsi ilə bağlı müzakirələr aparılır”. 

Report