XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

31 Oktyabr 2018 - 10:56

Geyr Pedersenin Suriya üzrə xüsusi elçi vəzifəsinə namizədliyi təsdiq edildi- BMT baş katibi tərəfindən

Norveçli diplomat Geyr Pedersen BMT-nin baş katibinin Suriya üzrə növbəti xüsusi elçisi olacaq.

Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibi Antoniu Quterreşin BMT Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubda deyilir.

Məktubda bildirilir: “Bu qərarı qəbul edərkən, mən hamı ilə, o cümlədən Suriya Ərəb Respublikasının hökuməti ilə məsləhətləşmələr aparmışam”.

Xatırladaq ki, daha əvvəl BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura noyabr ayının sonunda öz postunu tərk edəcəyini bildirib.