Rusiya İstintaq Komitəsi Federal Təhlükəsizlik Xidmətinin (FTX) Arxangelsk vilayəti üzrə idarəsinin binasında baş vermiş partlayışa dair terror hücumu və qanunsuz silah-sursat saxlamağa dair maddələr üzrə cinayət işi başlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, komitənin yaydığı məlumata əsasən, binaya partladıcı qurğunu 17 yaşlı yeniyetmə gətirib:
“Naməlum şəxs binaya daxil olaraq çantasından çıxardığı əşya əlində partlayıb. Cinayəti törədən şəxs yerində keçinib”.
Qeyd edək ki, hadisə nəticəsində FTX-nin 3 əməkdaşı xəsarət alıb.