XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 04:56

Makfol: “Ukrayna münaqişəsinin davam etməsi Putinə əl verir”

“Nə müharibə olacaq, nə də sülh”

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol hesab edir ki, Ukraynanın şərqindəki münaqişə ən yaxın zamanda tənzimlənməyəcək. Strateq.az “Газета.Ru”-ya əsasən xəbər verir ki, hazırda Kiyevdə olan keçmiş səfir bildirib: “Gələcəkdən danışmaq həmişə çətindir – xüsusən də bu işə Rusiya qarışıbsa. Lakin mənim proqnozuma görə, nə müharibə olacaq, nə də sülh. Qeyri-müəyyənlik davam edəcək. Br az müharibə, bir az da sülh”.

Diplomatın fikrincə, “Konfliktin nizamlanmadan qalması Putinə əl verir. Ona nizamlanma yox, Ukraynaya təzyiq laızmdır. Ehtimal ki, iqtisadi iflasa nail olmaq üçün. Qərb həll istəyir, Putin isə yox”.

Makfol əvvəllər bildirib ki, Ukraynaya silah tədarükü ABŞ prezidenti seçkilərindən sonra yenidən müzakirə edilər bilər.