XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2018 - 22:31

Əfqanıstanda helikopter qəzası:25 nəfər həlak olub

Əfqanıstanın qərbində yerləşən Fərah əyalətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub.

AZƏRTAC Pajvak informasiya agentliyinə istinadla xəbər verir ki, insident oktyabrın 31-də səhər saatlarında baş verib.

Qəza zamanı Əfqanıstan ordusuna məxsus hərbi helikopterin göyərtəsində 25 nəfər, o cümlədən bir neçə yerli məmur olub.

Hadisə nəticəsində sağ qalanların olmadığı bildirilir.

Ölkədə fəaliyyət göstərən “Taliban” hərəkatı helikopteri vurduqlarını iddia edib. Helikopter taliblərin nəzarətində olduğu əraziyə düşüb. Hələlik Kabil məsələ ilə bağlı şərh verməyib. Yerli hakimiyyət orqanlarının versiyasına görə, qəza pis hava şəraiti

səbəbindən baş verib.