XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 11:40

Rusiya Avropa Şurasından çıxmağa hazırlaşır –Putinin demarşı nəyə hesablanıb?

“Bir neçə gün ərzində Rusiyanın iki rəsmisi – xarici işlər naziri Sergey Lavrov və Dövlət Dumasının spikeri Vyaçeslav Volodin ayrı-ayrılıqda müsahibələrində Vladimir Putin hökumətinin Rusiyanın Avropa Şurasındakı üzvlüyünə son qoymağa hazırlaşdığına dair eyham vurub”.

Bu barədə Vladimir Kara-Murza “The Washington Post”-da dərc edilən məqaləsində yazır.

“Avropa Şurasının baş katibi Turbern Yaqlandın (Turborn Yagland) adlandırdığı kimi “Rossit” baş versə, bu, təkcə Rusiya vətəndaşlarının Avropa İnsan Hüquqları Konvensiyası əsasında müdafiədən və Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsinə çıxış imkanından məhrum edilməsi demək olmayacaq. Bu, həmçinin Putinin Rusiyanın istiqamətini dəyişdirmək, indiki Kreml rejimi üçün anti-tezis hesab edilən Avropa konsepsiyasına arxa çevirmək üzrə cəhdlərinin davamı demək olacaq”, – müəllif hesab edir.

Jurnalist qeyd edir ki, coğrafi baxımdan Rusiya ərazisinin böyük bir hissəsi Avropada yerləşir. Rus mədəniyyəti, üstünlük təşkil edən mentalitet və ölkənin dini mənsubiyyəti də uzun müddət avropasayağı olub. Rusiya 1996-cı ildə Avropa Şurasının üzvü olub. 1997-ci ildə isə Rusiya prezidenti Yeltsin “böyük və kiçik ölkələrin ümumi demokratiya prinsipləri ilə birləşən bərabərhüquqlu tərəfdaş olduğu Avropanın” yaradılmasına çağırıb.

Müəllif qeyd edir: “Yeltsinin xələfi bu prinsipi bölüşmür. Rusiya rəsmi olaraq Avropa Şurasının üzvü olaraq qalsa da, Putin hökuməti təşkilatın ruhundan imtina edib”.

Müəllif xatırladır ki, 2016-cı ildə Rusiyanın nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasını tərk edib, ötən il Rusiya Avropa Şurasının büdcəsinə ödəmələri dayandırıb. “Vəziyyət əvvəlki kimi qalsa, onda gələn ilin iyun ayında Avropanın ən böyük ölkəsi avtomatik olaraq Avropa Şurasının üzvlüyündən çıxarılacaq”, – məqalədə deyilir.

Kara Murza qeyd edib:Putin çox güman razı qalacaq. Kreml son illər sərgilədiyi daxili və xarici siyasətdə müasir Avropa prinsiplərini rədd etməyə çalışır. Bir neçə il öncə Rusiya hökuməti tərəfindən tərtib edilən rəsmi bəyanatda açıq-aydın bildirilib ki, “Rusiya Avropa deyil”. Bu, Rusiyanın demokratik müxalifəti və Kreml arasındakı fikir ayrılığının məğzini lakonik şəkildə ifadə edir. Boris Nemtsovun son müsahibələrinin birində söylədiyi kimi: “Biz Rusiyanı Avropa ölkəsi, sivil seçimimizin Avropa olduğunu hesab edirik”. Uzun illər mövcud olan sovet hakimiyyəti belə bu vəziyyəti davamlı şəkildə dəyişə bilməyib. Nəticə etibarilə, Vladimir Putin nə qədər çalışırsa çalışsın, yenə onu dəyişə bilməyəcək”, – sonda müəllif bildirir. (Xpressa.net)