XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 12:13

İŞİD-in peyda olacağı növbəti ölkənin adı açıqlandı –ABŞ-ın müttəfiqi olan bu dövlət hədəfə düşür

 

İŞİD-in diqqət verəcəyi növbəti ölkə İordaniya olacaq.

Strateq.az bildirir ki, bu barədə “The National Interest” məlumat verib.

Məlumatda qeyd olunur ki, ABŞ-la müttəfiqlik münasibətlərinə baxmayaraq İordaniyanı belə təhlükə gözləyir. İŞİD terror qrupunun 3 min iordaniyalı üzvü var.

Onlar tezliklə öz vətənlərinə qayıdaraq ölkə üçün ciddi təhlükəyə çevriləcəklər. Bununla yanaşı ölkədəki işsizlik, dini ekstermizim, dilənçilik və zəif idarəçilik situasiyanı gərginləşdirən faktorlar kimi çıxış edir. Həmçinin terror dəstələrinə qaçqın suriyalıların da qoşulmaq ehtimalı var.

İyul ayının əvvəlində Suriya ordusu İordaniya ilə olan sərhəddinə nəzarəti bərpa edib. 15 oktyabrdan isə hər iki ölkənin sərhəddində olan “Nəsib” nəzarət buraxılış məntəqəsində hərəkəti bərpa edilib.

Məntəqə hər iki ölkə üçün mühüm iqtisadi əhəmiyyət daşıyır. Bu yol Aralıq dənizi limanlarından gələn yüklərin İordaniyadan keçməklə Fars körfəzinə aparılması üçün tranzit pəncərədir.