“Bu il xarici ölkələrə gedən ukraynalıların sayı 10-15 faiz artıb.
Bu barədə iş adamları ilə görüşündə çıxışı zamanı Ukrayna Prezidenti Petro Poroşenko məlumat verib.
Prezidentin sözlərinə görə, 2017-ci ilin statistikası ilə müqayisədə, 2018-ci ildə xarici ölkələrə gedən və gələn ukraynalılar 200 mindən artıq olub.
Poroşenko bildirib ki, Ukraynanın işçi qüvvəsinə normal şəraitin yaradılması üçün müəyyən işlər görülməlidir: “İlk növbədə, əməkhaqlarının qaldırılması vacibdir. Ukraynanın əmək bazarını Asiya yox, Avropa İttifaqı ölkələri səviyyəsinə çatdırmaq önəmlidir”.
Prezident vurğulayıb ki, hazırda Ukraynada 4,5 milyon insan minimum əməkhaqqı alır/Azərtac.