XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 19:10

“Brexit”lə bağlı kampaniyanın sponsoru barəsində istintaq başlanılıb –Detallar

Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə Agentliyi “Brexit”lə bağlı kampaniyanın əsas sponsoru olan iş adamı Aaron Banks barəsində araşdırmalara başlayıb.

“İnterfax” xəbər verir ki, istintaq seçki hüququ sahəsində ehtimal olunan qanun pozuntuları və bəzi əlaqədar pozuntularla bağlıdır.

Araşdırmalar həmçinin A.Banksın dəstəklədiyi “Better for the Country” (ölkə üçün ən yaxşısı) və “Campaign group Leave.EU” (“Brexit”) kampaniyaları barəsində aparılır.

İstintaq çərçivəsində A.Banks və ona məxsus sığorta şirkətləri tərəfindən sözügedən tədbirlərə müvafiq olaraq 2milyon və 6 milyon funt-sterlinq maliyyə ayırmalarına dair ehtimallara aydınlıq gətirmək nəzərdə tutulur/Report.