XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 19:34

Gürcü nazir:"ABŞ-dan silah almağa davam edəcəyik"

“Gürcüstan ABŞ-dan silah və hərbi texnika almaqda davam edəcək”.

Bunu Batumi şəhərində keçirilən Müdafiə və Təhlükəsizliyə dair Beynəlxalq Konfransda Gürcüstanın müdafiə naziri Levan İzoriya deyib.

“Gürcüstana “Javelin” tankvuran silahlarının verilməsi çox əlamətdar hadisədir. Cənab Mattis (ABŞ müdafiə naziri – red.) şəxsi söhbətimiz zamanı bildirdi ki, belə qərarlar yalnız xüsusi etimad göstərilən ölkələrə dair verilir. Biz bunu əsas tutaraq ABŞ-dan başqa növ silahları almağa davam edəcəyik”, – o vurğulayıb.

Onun sözlərinə görə, “Gürcüstan, öz növbəsində, hər şeyi edəcək ki, bu sistemlərin təhlükəsizliyi qorunsun”. (virtual.az)