XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 20:07

Putindən iddialı bəyanat:"Rusiyanın səsi ləyaqət və inamla eşidiləcək"

“Gələcəkdə Rusiyanın səsi ləyaqət və inamla eşidiləcək. Bunu ölkə öz tarixi ilə müəyyən edib”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya rus xalq toplantısında çıxışı zamanı bildirib

“Mən şübhə etmirəm ki, gələcəkdə dünyada Rusiyanın səsi ləyaqət və inamla eşidiləcək. Bunu ölkə öz tarixi, daxili mənəvi mədəniyyəti, özünüdərki ilə müəyyən edib”, – Putin deyib.

Putin çıxışı zamanı ХIХ əsrin məşhur rus mütəfəkkiri Nikolay Danilevskinin sözlərini də xatırladıb: “Heç bir sivilizasiya inkişafın ən yüksək səviyyəsində olduğu ilə öyünə bilməz”/Teleqraf.com