XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2018 - 09:02

Gürcüstan iqtidarının ABŞ-dan olan məsləhətçisi:“Müxalifətçi namizəd qalib gəlsə daha yaxşı olar”  

Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının sabiq məsləhətçisi, amerikalı analitik Linkoln Mitçell Gürcüstan hakimiyyətinə prezident seçkilərinin ikinci turunda müxalifətə güzəştə getməyi məsləhət görüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mitçell mətbuata açıqlamasında deyib. O, oktyabrın 28-də keçirilmiş seçkilərdə hakim partiyanın qalib gəlməməsini normal qiymətləndirib. Bildirib ki, seçkilərin ikinci turunda müxalifətdən olan namizəd Qriqol Vaşadzenin qalib gəlməsi daha yaxşı olar. Bu, Gürcüstanda təkpartiyalı idarəetmə sisteminə də son qoyar.

Mitçell birinci turda müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvilinin qalib gələ bilməməsinin əsas səbəbini onun xarizmatik güclü namizəd olmaması ilə əlaqələndirib. Amerikalı analitikin sözlərinə görə, ikinci turda Qriqol Vaşadzenin qalib gəlməsi ölkənin imicinə xidmət edər.

Jurnalistlərin “İkinci turda iqtidar səsvermənin nəticələrini saxtalaşdırarsa, Qərbin münasibəti necə olacaq?” sualına cavabında Mitçell deyib: “Yaxşı olar ki, hakim partiya bunu etməsin. Onun ikinci turda uduzması daha yaxşı nəticə olar. Əgər seçkilərin saxtalaşdırılması faktı təsdiqlənərsə, Qərb “Gürcü arzusu”nu Qriqol Vaşadzenin qələbəsini qəbul etməyə çağıracaq”.