XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2018 - 10:27

Tacikistanda sovet hərbi rütbə adları dəyişdirildi –Polkovnik “sərləşəkər” oldu (YENİ ADLAR)

 Tacikistanda sovet dövründən qalan hərbi rütbə adlarını dəyişdirmək qərara alınıb.

AZƏRTAC xəbər verir ki, Tacikistan hökuməti yanında Dil və Terminologiya Komitəsi alimlərdən, hərbçilərdən Əhəmənilər, Sasanilər, Samanilər dövrünün qədim əlyazmalarını araşdıran xüsusi qrup yaradıb. Bu qrup milli ordunun zabit və serjant heyətinə verilən hərbi adların tacik dilində alternativlərini dəqiqləşdirməklə məşğuldur.

Komitənin məsul əməkdaşı Əbdurahim Zulfoniyon deyib: “Qrup komitənin təklif etdiyi tacik hərbi adlarını müzakirəyə çıxarıb bəyənəcək. Hazırda Tacikistan odrusunda işlədilən rus hərbi rütbələr islahatlardan sonra belə səslənəcək: yefreytor – radabon, kiçik serjant – dastavar, serjant – dastayor, böyük serjant – dastabon, starşina – sardasta, kapitan – sadavar, podpolkovnik – ləşkəryor, polkovnik – sərləşkər”.

Daha yüksək rütbələrin necə adlandırılması barədə məlumat hələ ki verilmir.