XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

27 Aprel 2015 - 05:35

Avropa Şurası Nazirlər Komitəsinin sədri: “Azərbaycan və erməni nümayəndə heyəti görüşməlidir” – AÇIQLAMA

RENDERS.jpg

“Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Bu məsələ ATƏT-in Minsk Qrupu çərçivəsində siyasi yolla həll olunmalıdır”.

Strateq.az bildirir ki, bu sözləri “Armenpress”ə müsahibəsində Avropa Şurasının Nazirlər Komitəsinin hazırkı sədri, Belçikanın xarici işlər naziri Dide Reynders bildirib. Onun sözlərinə görə, hazırda mühüm məsələ danışıqlar prosesində Minsk Qrupunun roluna diqqəti cəlb etməkdir. “İlk növbədə xatırlatmaq lazımdır ki, münaqişənin sülh yolu ilə həll olunmasının əsas missiyası ATƏT-in Minsk Qrupu üzərindədir”-deyə o, vurğulayıb.

XİN rəhbərinin sözlərinə görə, vacib olan cəbhə bölgəsində döyüş insidentlərinin qarşısının alınmasıdır.

Avropa Şurasının Nazirlər Komitəsinin hazırkı sədri olan Reynders özünün Qarabağ məsələsində məqsədinin Minsk Qrupunun səylərinə diqqətin artırılmasına yönəldyini deyib. Reynders həmçinin Bakıdan, İrəvandan olan AŞPA nümayəndə heyətlərinin birgə müzakirəsi üçün siyasi atmosferin yaradılmasının da bu məqsədə daxil olduğunu bildirib.

X. SƏFƏRLİ