XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2018 - 19:51

Gürcüstanın Baş naziri:“İkinci tur yüksək standartlara uyğun təşkil olunacaq”

 Gürcüstanda prezident seçkilərinin ikinci turu hakim partiyanın əvvəlcədən müəyyən etdiyi qaydalar əsasında və yüksək standartlara uyğun təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze jurnalistlərə müsahibəsində deyib. Hökumət başçısının sözlərinə görə, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası və hakimiyyətdəki siyasi komanda 2012-ci ildən Gürcüstanda sülh və təhlükəsizliyi təmin edir. “Heç kim ölkənin ictimai həyatına narahatçılıq gətirə bilməz, buna heç kim ümid etməsin”, – deyə Baxtadze vurğulayıb.

Məlumat üçün qeyd edək ki, prezident seçkilərinin ikinci turunda hakim partiyanın dəstəklədiyi Salome Zurabişvili mübarizə aparacaq. Onun əsas rəqibi müxalifət düşərgəsinin namizədi Qriqol Vaşadzedir.

Birinci turda S.Zurabişvili 38,64 faiz, Q.Vaşadze isə 37,74 faiz səs toplayıblar.