XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2018 - 22:12

“QRU” QAYIDIR –Putin hərbi kəşfiyyatın SSRİ –dəki adını qaytarmağı təklif edib

 Rusiya Prezidenti Vladimir Putin ölkənin hərbi kəşfiyyatının əvvəlki adını bərpa etmək təklifini irəli sürüb.

AZƏRTAC xəbər verir ki, Vladimir Putin bu barədə Rusiyada qeyd olunan Hərbi Kəşfiyyatçılar Günü və Silahlı Qüvvələr Baş Qərargahı Baş İdarəsinin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirdə danışıb. Rusiya Prezidenti bildirib ki, hərbi kəşfiyyat idarəsinin əvvəlki adını bərpa etmək və yenidən Baş Kəşfiyyat İdarəsi adlandırmaq lazımdır.

Qeyd edək ki, hələ sovet dövründə kəşfiyyat idarəsi SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi (rus dilində QRU) adlanırdı. SSRİ dağılandan sonra, 1992-ci ildə idarənin adında “SSRİ” “Rusiya Federasiyası” ilə əvəz edilib. 2010-cu ildə qurumun adından “kəşfiyyat” sözü götürülüb.