XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2018 - 10:11

Rusiyada sərnişin qatarı yük avtomobili ilə toqquşub- Onlarla yaralı var

Rusiyada sərnişin qatarı yük avtomobili ilə toqquşub.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Krasnodar diyarında, Timaşevsk və Vedimovsk dəmir yolu stansiyaları arasında baş verib.

Minskdən Adlerə gedən qatar hərəkətdə olarkən yük avtomobili dəmir yoluna çıxıb. Hadisə zamanı qatarın maşinisti, onun köməkçisi, 15 sərnişin və yük avtomobilinin sürücüsü xəsarət alıb.