XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2018 - 10:48

Özbəkistan ilk dəfə MDB-yə sədrlik edəcək- 2020-ci ildə

2020-ci ildə Özbəkistan ilk dəfə olaraq Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edəcək.

AZƏRTAC yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Astanada MDB Hökumət Başçıları Şurasının iclasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedev məlumat verib.

O deyib: “Özbək dostlarımız indidən MDB-yə sədrlik etməyə hazırlaşır, müxtəlif təşəbbüslər irəli sürürlər. Özbəkistan nümayəndə heyətinin rəhbəri (Baş nazir Abdulal Aripov) bu il ölkədə MDB Regionlarının Forumunun, gələn ilin martında isə Daşkənddə MDB Maliyyə-Bank Forumunun keçirilməsini təklif edir”.