XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Noyabr 2018 - 12:14

Afrikada ən böyük neft-qaz ehtiyatı aşkarlanıb

Afrikada ən böyük neft və təbii qaz ehtiyatı aşkar olunub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Avstraliyanın “Invictus Energy” şirkəti Afrikanın cənubundakı Zimbabvedə qitənin ən böyük neft və təbii qaz ehtiyatını kəşf edib.

Zimbabve Prezidenti Emmerson Mnanqaqva deyib ki, ehtiyat 200 kilometrlik ərazidə kəşf edilib. Burada ilk quyu 2020-ci ildə istismara veriləcək. Başqa bölgələrdə də kəşfiyyat işləri davam edir.

Ölkənin mədənlər və mədən inkişafı naziri Uinston Çitando isə bildirib ki, ehtiyat ABŞ-ın “ExxonMobil” şirkətinin 1990-cı illərin əvvəlində bölgədən əldə etdiyi məlumatlar əsasında “Invictus Energy”nin yeni texnologiya tətbiq etməsi ilə aşkar edilib. “Invictus Energy” layihə üçün 20 milyon dollar sərmayə yatıracaq. Bu ehtiyat bölgəni Afrikanın ən böyük neft hövzəsi edir.

Dünyanın ən böyük qiymətli daş mədənlərinə sahib olan Zimbabvedə ilk dəfə neft və təbii qaz aşkarlanıb.