XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2018 - 12:43

Pakistanın keçmiş senatoru öldürülüb- Öz evində

Pakistanın tanınmış din xadimi, Camaat-üləma-e-İslam Partiyasının lideri, keçmiş senator Sami ül-Həqq Sami əl-Həqq ölkənin Ravalpindi şəhərində öldürülüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu onun oğlu Həmid ül-Həqq bildirib.

Onun sözlərinə görə, atasının çoxsaylı bıçaq yarası olan meyitini evdə aşkar ediblər: “O, naməlum şəxs tərəfindən öz evində hücuma məruz qalıb. Onun qana bulaşan meyitini sürücüsü aşkar edib”.

Hücumun səbəbi hələ ki, məlum deyil.

Qeyd edək ki, Sami ül-Həqq Sami əl-Həqq həm də “Taliban” hərəkatının mənəvi lideri sayılırdı.