XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2018 - 15:15

MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası keçirilib- Bişkekdə

Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Miqrasiya Orqanları Rəhbərləri Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, həmçinin MDB Parlamentlərarası Assambleyasının və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

İclasda Qırğızıstan Baş nazirinin müavini Altınay Omurbekova və bu ölkə hökuməti yanında Miqrasiya üzrə Dövlət Xidmətinin rəisi Bolotbek İbraimjanov giriş nitqi söyləyiblər.

Tədbirdə miqrasiya sahəsində informasiya mübadiləsi, MDB məkanında müvəqqəti əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ikitərəfli müqavilələr, Birlik dövlətlərinin hüquq-mühafizə orqanları arasında miqrasiya sahəsində sənədlərin saxtalaşdırılmasının üzə çıxarılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün birgə razılaşdırılmış profilaktik, operativ-axtarış tədbirləri ilə bağlı məsələlər müzakirə olunub.

İclasda Şuranın 2018-ci ildə iş planının yekunları da müzakirə edilib, 2019-cu il üçün iş planı təsdiqlənib.