XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 November 2018 - 16:03

“Football Leaks”:"Sarkozi Qətərə dünya çempionatı müqabilində PSJ-ni almağı təklif edib"

Fransanın sabiq prezidenti Nikola Sarkozi Qətərin 2022-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsi hüququnu almasına kömək edib.

AZƏRTAC “Football Leaks” veb-saytına istinadla xəbər verir ki, Sarkozi 2010-cu ildə Qətərin indiki Əmiri Təmim bin Həməd Al Tani ilə görüşüb və ona PSJ-ni almağı, habelə Fransada “BelN Sports” kanalını işə salmağı təklif edib.

Bunun müqabilində qətərlilərə 2022-ci il dünya çempionatının ev sahibinin seçkilərində UEFA-nın o vaxtkı prezidenti Mişel Platininin dəstəyi vəd olunub. Səsvermə zamanı Qətər ABŞ, Avstraliya, Yaponiya və Koreyanı geridə qoyub. Yayda Qətərdə qızmar istilər olduğuna görə turnirin noyabr-dekabr aylarında keçirilməsi qərara alınıb.