XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2018 - 20:31

Əfqanıstanda partlamamış minalardan hər ay 180 nəfər ölür

Əfqanıstanda minalar və digər partlamamış hərbi sursatlar hər ay 180 nəfərdən çox insanın ölümünə və yaralanaraq əlil qalmasına səbəb olur.

AZƏRTAC Əfqanıstanın Minalardan Təmizlənməsi Koordinasiya Mərkəzinin rəhbəri Məhəmməd Şahab Həkimiyə istinadən xəbər verir ki, münaqişə və döyüşlər zamanı atılıb qalmış, uzun illər təhlükə yaradan minaların qurbanları əsasən uşaqlardır.

Əfqanıstan partlamamış mina təhlükəsi olan ölkələr arasında 4-cü yerdədir.

M.Şahab Həkimi deyib ki, indiyədək 2 min 500 kvadratmetr ərazi təmizlənib. Son 30 ildə ölkənin müxtəlif bölgələrində 19 milyon mina və partlamamış bomba zərərsizləşdirilib.

O bildirib ki, Əfqanıstanda minalar və müharibə səbəbindən əlil olmuş insanların sayı 1 milyon nəfərdən çoxdur.