XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

03 Noyabr 2018 - 20:53

Almaniyada ölüm hökmü tamamilə ləğv edilib- Qanun qəbul edildi

Almaniyanın Hessen federal torpağı Konstitusiyadan ölüm hökmü cəzasını çıxaran qanun qəbul edib.

Bu barədə “Report” BBC-yə istinadən xəbər verir.

Beləliklə, ölüm cəzası bütün Almaniya ərazisində tamamilə qadağan edilib.

Qeyd edək ki, ölüm hökmü cəzasının 1949-cu ildə Almaniya Federativ Respublikasının Konstitusiyasından çıxarılmasına baxmayaraq, bu regionun qanunlarında qalırdı.

Bu gün Avropa İttifaqının heç bir ölkəsində ölüm cəzası tətbiq edilmir.