İranda gündəlik 9 milyon 200 min barel neft və qaz istehsal olunur.
Trend-in İSNA-ya istinadən verdiyi məlumata əsasən, bu sözləri İranın Beynəlxalq Energetika Araşdırmalar Müəssisəsinin rəhbəri Əli Mobini bu müəssisədə keçirilən “neft sənayesində problemlərin fürsətlərə çevrilməsi” adlı iclasda deyib.
Onun sözlərinə görə, İran təxminən 6 milyon 200 min bareli özü istifadə edir.
Mobini 2015 və 2016-cı illərin ixracatını müqayisə edib: “Xam neftin ixracı 1,84%-dən 3,21%-ə artıb”.
“2015-ci illə müqayisədə 2016-cı ildə nəqliyyat sektorunda yekun istehlak 4,8% artıb. Neft-Kimya zavodlarının yanacağı isə həmin dövrdə 14,26% artıb. Bu da iqtisadiyyatın inkişaf etdiyini və xam neftin satışından uzaqlaşdığını göstərir”, – deyə o bildirib.