XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 Noyabr 2018 - 12:25

Çavuşoğlu səfirin geri çağırıldığını təsdiqlədi:"Geyiminə görə araşdırma başlanıb"

Ankara Uqandadakı səfir Sədəf Yavuzalpı Türkiyənin milli bayramı – Respublika günü münasibəti ilə keçirilən qəbula qədim yunan paltarında gəldiyinə görə geri çağırıb.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz “Twitter” hesabında yazıb.

Yavuzalpın xitonda şəkilləri Türkiyə KİV-də və sosial şəbəkələrdə yayılıb.

Səfir özü geyim seçimini Türkiyədə 2018-ci ilin Troya ili elan olunması ilə izah edib.

“Uqandadakı səfirimizin 29 oktyabr qəbulundakı şəkilləri mətbuat və sosial şəbəkələrdə yayılandan dərhal sonra araşdırma başlanılıb və o, geri çağırılıb”, – deyə Çavuşoğlu bildirib/Report.