XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2018 - 15:06

Suriya kəşfiyyatının rəhbəri haqqında həbs qərarı –Fransa məhkəməsinin hələ açıqlanmayan qərarı

Fransa iki Fransa-Suriya mənşəli vətəndaşının ölümü ilə bağlı olaraq üç üst səviyyəli Suriya kəşfiyyat səlahiyyətlisi barədə beynəlxalq həbs qərarı çıxarıb.

Strateq.az “Le Monde” nəşrinə istinadla xəbər verir ki, barəsində həbs-qəti imkan tədbiri qərarı çıxarılan şəxslərdən biri Suriya Milli Təhlükəsizlik İdarəsinin müdiri Əli Məmlükdür.

“Le Monde” qəzetinin verdiyi məlumata görə, bu qərar Fransada hələ elan olunmayıb və Fransa mühakiməsinin 2016-cı ildən etibarən Fransa vətəndaşlığına sahib bəzi suriyalılarla bağlı təhqiqatındakı iddiaların bir hissəsidir.

Məmlük və başqaları üçün həbs qərarı ilə nəticələnən Fransız məhkəməsinin təhqiqatı, 2013-cü ildə ölkədən qaçan Əsəd ordusunun “Sezar” ləqəbli fotoqrafının dəlillərinə əsaslanır. O, həbsxanalarda işgəncələrə məruz qalmış minlərlə suriyalının fotolarını çəkib.

Digər iki Suriya səlahiyyətlisi Suriya hərbi hava qüvvələrinin kəşfiyyat şefi Cəmil əl-Həsən və Bab Tumadakı (Şam əyaləti) hərbi bazanın kəşfiyyat başçısıdır.