XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 November 2018 - 19:50

Şimali Koreyada 6 milyon mobil telefon istifadəçisi var –İnternet üçün açıq deyil

Koreya Xalq Demokratik Respublikasında (KXDR) təxminən 6 milyon mobil telefon istifadəçisi var.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreyanın birləşmə naziri Ço Myunq-qyon ölkə parlamentində deputatlardan birinin bu barədə sualını cavablandırarkən deyib.

Şimali Koreyada istifadədə olan mobil telefonların qiymətinin 100-200 ABŞ dolları arasında olduğunu güman edən nazir əlavə edib ki, KXDR-in mobil rabitə şəbəkəsi 3G standartından aşağıdır.

“Şimali koreyalılar üçün internet açıq deyil. Onların mobil telefonlarına məhdudiyyət tətbiq olunur və sadəcə mobil rabitə şəbəkəsi kimi çalışır”, – deyə Ço Myunq-qyon bildirib