XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2018 - 21:48

ABŞ Meksika sərhədində divarı gələn ilin fevralında tikəcək –Müqavilə imzalandı

ABŞ Gömrük və Sərhəd Nəzarəti Bürosunun noyabrın 5-də yaydığı məlumata görə, Texas ştatında ABŞ ilə Meksika sərhədi boyunca divarın tikintisi üçün “SLS Co.Ltd” tikinti şirkəti ilə 145 milyon dollar məbləğində müqavilə imzalanıb.

Gömrük və Sərhəd Nəzarəti Bürosu, ABŞ Ordusunun Mühəndis Korpusu və tikinti şirkətinin imzaladıqları birgə müqavilədə deyilir ki, İdalqo dairəsində Rio-Qrande vadisinin altı millik sektorunda hasarlama sistemi tətbiq ediləcək. Tikintiyə 2019-cu ilin fevralında başlamaq nəzərdə tutulur.