XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 November 2018 - 15:07

ABŞ-da aralıq seçkiləri başladı –100 milyondan artıq seçicinin iştirak edəcəyi gözlənilir

ABŞ-da aralıq seçkiləri başlayıb.

İlk seçki məntəqələri Vermont ştatında açılıb.

Aralıq seçkilərində Konqresin nümayəndələr palatasının tam heyəti, Senatın da üçdə biri seçiləcək.

Hazırda hər iki palatada üstünlük Respublikaçılar Partiyasına məxsusdur. Belə ki, aşağı palatada 193 demokrata qarşı 236 nəfər respublikaçı var, daha altı yer isə boşdur.

Beləliklə, Demokratlar Partiyası üstünlük qazanmaq üçün daha 23 mandat əldə etməlidir.

Budəfəki seçkilərdə rekord sayda – 100 milyondan artıq seçicinin iştirak edəcəyi gözlənilir/Report.