XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2018 - 21:20

Qətər rəsmiləri ilə görüşən müxalifət liderinə ömürlük həbs cəzası verildi –Casusluq ittihamı Bəhreyndə aranı qarışdırdı

Bəhreyn məhkəməsi Beynəlxalq İslam Partiyasının baş katibi Şeyx Əli Salmanı ömürlük həbs cəzasına məhkum edib.

Teleqraf.com xəbər verir ki, digər ərəb dövlətlərinə qoşularaq Bəhreynin də Qətər ilə diplomatik əlaqələrini kəsməsinə etiraz edən Ş.Ə.Salman casusluqda ittiham olunub. Partiya sədri bildirib ki, Qətər ilə əlaqələri kəsmək milli maraqlara ziddir.

Ş.Ə.Salman Qətərə səfər edərək həmfikirləri ilə görüşdən qayıtdıqdan sonra həbs olunub. Məhkəmə araşdırması zamanı ortaya partiya sədrinin casusluq etməsinə dair ciddi dəlil-sübut qoyulmasa da, onunla bağlı ömürlük həbs qərarı çıxarılıb. Ş.Ə.Salman ilə yanaşı, onun iki həmfikri – Bəhreyn müxalifətinin aparıcı simaları sayılan Şeyx Həsən Sultan və Əli əl-Əsvad da ömürlük həbs cəzasına məhkum ediliblər.

Məhkəmənin qərarından sonra Bəhreyndə kütləvi aksiyalar başlayıb.