XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2018 - 00:12

Ərdoğanın sözçüsündən ABŞ-ın PKK-çılarla bağlı qərarına reaksiya:"Bizi aldada bilməzlər”

“Olduqca gec verilmiş bir qərardır”.

Bu sözləri Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın ABŞ-ın PKK rəhbərləri ilə bağlı elan etdiyi mükafat qərarına münasibət bildirərkən deyib.

“Bunu etsinlər, müsbət qarşılayarıq. Lakin YPG-nin fəaliyyələtini pərdələmək üçün verilən qərardırsa, 3 gün sonra həqiqət ortaya çıxacaq. “PKK-nı YPG və PYD-dən ayrı tuturuq” deyib, bizi aldada bilməzlər”, – deyə Qalın bildirib.

Qeyd edək ki, ABŞ “Ədalət üçün mükafat” proqramı çərçivəsində Murad Qarailan (5 milyon), Cəmil Bayık (4 milyon) və Duran Qalxanın (3 milyon) tutulması üçün mükafat təyin edib/Axar.az.