XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2018 - 14:41

BMT Baş katibinin müavini:"20 mindən çox terrorçu Suriya və İraqdan çıxmağa çalışır"

“Suriya və İraqda İŞİD darmadağın edildikdən sonra 20 mindən çox əcnəbi terrorçu fəaliyyətini başqa yerlərdə davam etdirmək üçün bölgədən çıxmağa çalışır”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin tərəfdaşı olan xarici ölkələrin xüsusi xidmət qurumları, təhlükəsizlik və asayişi mühafizə qurumları rəhbərlərinin XVII müşavirəsindəki çıxışında BMT Baş katibinin terrorla mübarizə üzrə müavini Vladimir Voronkov bildirib.

“Rusiya və başqa ölkələrin səyləri ilə İŞİD İraq və Suriyadakı dayaq nöqtələrindən məhrum olub. Oradakı 110-dan çox ölkədən gəlmiş terrorçu əvvəlki yaşayış yerlərinə qayıtmağa, yaxud da dünyanın başqa münaqişəli bölgələrinə getməyə çalışırlar”, – BMT rəsmisi vurğulayıb.