ABŞ sanksiyalar tətbiq edərək dünya dövlətlərini İranla iqtisadi əlaqələr qurmağı qadağan etdiyi halda özü İrana məhsul satmaqda davam edir.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, sanksiyaların sərtləşməsindən bir gün sonra ABŞ-ın Lonqvyu limanından çıxan və 56 951 ton soya yağları, dənli və paxlalı bitkilərdən ibarət yük gəmisi İranın İmam Xomeyni limanına yönəlib.
Agentlik xəbər verir ki, cari ilin iyul ayından bu günə kimi ABŞ-dan İrana 13 yük gəmisi yola salınıb. Çin soya, dənli və paxlalı bitkilərin idxalı üzrə dünyada liderdir. Lakin rəsmi Vaşinqtonun Çin ilə apardığı ticarət “müharibəsi” ABŞ istehsalçılarına yeni bazarlar axtarmağa vadar edib.
Agentliyin məlumatına görə, cari ildə ABŞ İrana 873 420 ton soya, dənli və paxlalı bitki məhsulları ixrac edib.