Demokratlar Partiyasının Nyu-York ştatından olan namizədi Aleksandria Okasio-Kortes aralıq seçkilərdə asanlıqla qələbə qazanıb və beləliklə, ölkə tarixində ABŞ Konqresinə seçilmiş ən gənc qadın olub.
AZƏRTAC xəbər verir ki, bu il oktyabr ayında Aleksandria Okasio-Kortesin 29 yaşı tamam olub. Aralıq seçkilərdə Okasio-Kortes rəqibi Eliza Stefanikdən daha çox səs toplayaraq qalib gəlib.
Qeyd edək ki, Eliza Stefanik dörd il bundan əvvəl Konqresə seçiləndə onun 30 yaşı vardı. Aleksandria Okasio-Kortes bundan əvvəl Vermont ştatında senator Berni Sandersin müstəqil prezident kampaniyasının təşkilatçısı olub. Onun valideynləri əslən Puerto-Rikodandır.