XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

07 Noyabr 2018 - 16:58

İran ordusu yeni radar sistemlərini sınaqdan keçirib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya və Kosmonavtika Qüvvələrinin şərti adı “Vilayət 97” olan hərbi təlimləri çərçivəsində ilk dəfə olaraq “Bəşir” qırıcı təyyarələrə nəzarət və 3D lokator-radar sistemi sınaqdan keçirilib.

AZƏRTAC xəbər verir ki, təlimlər zamanı, həmçinin “Fəcr” kəşfiyyat lokatoru, “Rəəd” elektron kəşfiyyat lokatoru və “Kruz” raketlərin izlənməsi sistemləri də sınaqdan keçirilib. İranın milli istehsalı olan bu hərbi sursatlar düşmənin gizli hədəflərinin aşkar edilməsi, izlənilməsi və zərərsizləşdirilməsi imkanlarına malikdir.

Xatırladaq ki, noyabrın 6-da İran ordusunun Hava Hücumundan Müdafiə Qüvvələrinin geniş hərbi təlimləri başlayıb.